10:22 - 14.11.2022
14 noyabr, Fineko/abc.az. 2023-cü ildə Kolumbiyadan gələn qəhvənin qiymətinin bahalaşacağı ehtimal edilir.
ABC.AZ-ın məlumatına görə, buna səbən məhsul yığımı ilə bağlı problemlərin müşahidə edilməsidir.
Artıq bu barədə ölkə rəsmiləri də həyəcan təbili çalmağa başlayıb. Belə ki, hava şəraitinin pisləşməsi məhsul yığımına maneə yaradır.
Sözügedən səbəblərə görə, məhsuldarlıq 2021-ci illə müqayisədə yarıdan çox azalacaq.
Qeyd edək ki, Kolumbiya üçün əsas çeşid olan “Arabica”nın istehsalı artıq 22 faiz azalıb.
Bundan əlavə, gübrələrin bahalaşmasına, logistik çətinliklərə, qəhvənin daşınması üçün lazım olan qabların çatışmazlığına görə də qiymətlər artacaq. Bu isə sözügedən məhsulun qiymətinin bütün dünyada bahalaşacağı ehtimalını daha da artıtırır.
Müəllif: Elmir Murad
18 Avqust 2026