Prezident AZAL-la bağlı sərəncam verdi

14:30 - 5.11.2022


5 noyabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC-a yeni birinci vitse-prezident təyin olunub.

ABC.AZ xəbər verir ki, Samir Musa oğlu Rzayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib.

Bu təyinata qədər Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib.