“Xocəsən-8 Noyabr” sahəsinin hər iki yolunda vaqonlu qatarlar istismara buraxılıb

12:22 - 2.11.2022


2 noyabr, Fineko/abc.az. Bənövşəyi xəttdə yeddivaqonlu qatarların hərəkətinin təşkili ilə bağlı işlərə başlanılıb. “Bakı Metropoliteni” QSC sədrinin imzaladığı 1284 nömrəli əmrə əsasən, xəttin “Xocəsən-8 Noyabr” sahəsinin hər iki yolunda yeddi vaqonlu qatarlar istismara buraxılıb.

Bu barədə ABC.AZ-a QSC-dən bildirilib.

Qeyd edilib ki, müvafiq monitorinqlər, sorğular aparılıb, Bakının əsas inkişaf planı, sərnişin axınının istiqamətləri və bununla bağlı məsələlər hərtərəfli öyrənilib.

Nəticədə, 2011-ci ildə dövlət başçısının təsdiq etdiyi Bakı metropoliteninin konseptual inkişaf sxeminə uyğun olaraq, 3 yeni xəttin inşası nəzərdə tutulub.

Bakının inkişaf perspektivləri nəzərə alınmaqla, yeni xətlərdə stansiyaların sərnişin platformaları 7 vaqonlu qatarların hərəkətinə hesablanır.