11:16 - 2.11.2022
2 noyabr, Fineko/abc.az. Lənkəran Beynəlxalq Hava Limanına uçuşlar həyata keçirməyi planlaşdırır. Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” (THY) şirkəti Lənkəran Beynəlxalq Hava Limanına uçuşlar həyata keçirməyi planlaşdırır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı bildirib. Bununla belə, aviareyslərin yerinə yetirilməsinə nə vaxtdan başlanacağı məlum deyil.
THY Lənkəranla yanaşı, Amerikada 5, Avropada 10, Asiya-Sakit okean regionunda 6, Afrika və Yaxın Şərq regionunda isə 7 istiqaməti marşrut hədəfi seçib.
18 Avqust 2026
17 Avqust 2026