"Aqro-Vest DC” MMC-yə məxsus yararsız məhsullar məhv edilib

17:20 - 21.10.2022


21 oktyabr, Fineko/abc.az. İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı müraciəti əsasında, “Aqro-Vest DC” MMC-yə məxsus müxtəlif növ qida məhsulları, fiziki şəxs Nəsirova Zərifə İmaməli qızına məxsus maya məhsulu “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir. Agentlikdən verilən məlumata görə, “Aqro-Vest DC” MMC-yə məxsus məhv edilmiş qida məhsullarının ümumi çəkisi 10120 kq təşkil edib.

Fiziki şəxsə məxsus məhv edilmiş maya məhsulu isə 11820 kq olub.