11:29 - 10.10.2022
10 oktyabr, Fineko/abc.az. Avropada bazar ertəsi ticarət zamanı qazın qiyməti 1000 kubmetr üçün 1500 dollardan aşağı düşüb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, qiymət iyunun 29-dan bəri ilk dəfə 1500 dollardan aşağı düşüb.
Günün əvvəlindən qazın qiymətində ümumi azalma 6,5% təşkil edir. Noyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1468 dollara düşüb.
Qazın qiymətinin aşağı düşməsi Avropanın yeraltı qaz anbarlarında (UGS) ehtiyatların maksimuma yaxınlaşması ilə əlaəqdardır. Hazırda anbarlar 91% doldurulub.