Ölkədə minik avtomobillərinin istehsalı artıb

15:06 - 14.09.2022


14 sentyabr, Fineko/abc.az. Cari ilin səkkiz ayında ölkədə 1389 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 139 ədəd çox minik avtomobili istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 332,4 milyon manatlıq məhsul istehsal edilib.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı 38,5 faiz artıb.