17:17 - 9.09.2022
9 sentyabr, Fineko/abc.az. Laçın Radio-Televiziya Yayımı Stansiyası (RTYS) sentyabrın 9-da istismara verilib.
ABC.AZ xəbər verir ki, nəticədə rəqəmsal paketdə 8 TV proqramının (AzTV, Mədəniyyət TV, İdman Azərbaycan TV, İctimai TV, Azad Azərbaycan TV, Xəzər TV, CBC, Real TV), Azərbaycan Radiosunun, İctimai Radionun Laçın rayonunda, həmçinin Şuşa və Qubadlı rayonlarının Laçın istiqamətində olan kəndlərində yayımı təmin olunub.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə buna qədər Şuşa, Kəlbəcər, Mincivan (Zəngilan) və Xanlıq (Qubadlı) RTYS-lərin fəaliyyəti müvəqqəti bərpa olunub.
Hazırda Şuşa RTYS-dən 10 televiziya, 7 radioproqramın, Kəlbəcər, Mincivan, Xanlıq və Laçın RTYS-lərin hər birindən 8 televiziya və 2 radioproqramın yayımı həyata keçirilir.
12 Avqust 2026