Zəngilan Hava Limanı vacib layihələrdəndir – Deputat

16:05 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Azərbaycan Hava Yolları”nın təyyarəsi Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib. Sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təxminən 45 dəqiqə təşkil edib.

ABC.AZ xəbər verir ki, iqtisadçı-deputat Vüqar Bayramov məsələyə münasibət bildirib.

O, bu il istifadəyə veriləcək Zəngilan Beynəlxalq Hava Limanının həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biri olduğunu vurğulayıb: “Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Beynəlxaq Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq.