Bakıda Rəşt-Astara dəmir yolu xətti müzakirə ediləcək

11:07 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Bakıda regional nəqliyyat dəhlizləri üzrə Azərbaycan, İran və Rusiya nümayəndələrinin görüşü keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, görüş 8-9 sentyabr tarixlərində baş tutacaq. Məlumata görə, iclasda üç ölkənin baş nazir müavinləri ilə yanaşı, İranın nəqliyyat nazirinin də iştirakı gözlənilir.

Tasnim xəbər verir ki, tədbirin gündəliyinə Şimal-Cənub nəqliyyat dəhlizi və Rəşt-Astara dəmir yolu xətti ilə bağlı məsələlər daxildir.