Prezident Tarif Şurası barədə Fərman verdi

16:29 - 26.08.2022


26 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev “Telekommunikasiya haqqında” qanunun tətbiq edilməsi barədə” 9 avqust 2005-ci il tarixli fərmanında dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, radiotezliklərlə bağlı qərar vermək səlahiyyəti Tarif (Qiymət) Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

Amma bu qərarlar İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmalıdır.