AZTV-də böyük məbləğdə maliyyə itkisi baş verib - Hesabat

10:31 - 25.08.2022


25 avqust, Fineko/abc.az. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2021-ci ili 1 milyon 995 min manat xalis zərərlə başa vurub.

ABC.AZ-ın məlumatına görə, bu barədə qurumun maliyyə hesabatında qeyd edilib.

Hesabata əsasən, bu, 2020-ci ilə nisbətən 9,7% çoxdur.

Ötən il AzTV-nin gəlirləri 34 milyon 846 min manat (əvvəlki ilə nisbətən 1,4 % çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 31 milyon 141 min  manat (0,5 % çox), birja əməliyyatlarından gəlirləri 699 min manat (80,6% çox), sair əməliyyat gəlirləri isə 5 min manat (əvvəlki il olmayıb) təşkil edib.