14:51 - 1.08.2022
1 avqust, Fineko/abc.az. Cari ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,4 milyon dollar olub.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac icmalı”nın iyul buraxılışında qeyd edilir.
2017-ci ildən 2022-ci ilin iyul ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 843,7 milyon ABŞ dolları təşkil edib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026