09:41 - 29.07.2022
29 iyul, Fineko/abc.az Neftin etalon markaların qiymətləri cümə günü keçirilən ticarətdə fərqli şəkildə dəyişir.
London ICE Futures birjasında saat 09:13-də Brent neftinin sentyabr fyuçersi $0,24 (0,22%) - barrel başına $106,90-a qədər ucuzlaşıb. 28 iyul ayının ticarətinin nəticələrinə görə, Brent neftinin sentyabr fyuçersi $0,52 (0,49%) - barrel başına $107,14-ə yüksəldi.
Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində saat 09:27-də WTI neftinin sentyabr fyuçersləri $0,24 (0,25%) - barrel başına $96,66-ə yüksəldi. 28 iyul ticarətinin nəticələrinə görə, WTI-nin sentyabr fyuçersi $0,84 (0,86%) - barrel başına $96,42-ə qədər azalıb.
18 Avqust 2026