10:20 - 28.07.2022
28 iyul, Fineko/abc.az. İranın son dörd ayda qaz ixracından əldə etdiyi gəlirlər təxminən 4 mlrd. ABŞ dolları təşkil edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Ovci bildirib.
“Bu ilin ilk dörd ayında (İran təqviminə görə, il 2022-ci il martın 21-də başlayıb – red.) biz neft, qaz kondensatı və qaz ixracını 55% artırdıq. Həmin dörd ayda, biz qaz ixracından təxminən 4 mlrd. dollar əldə etmişik ki, bu da bütün ötən ilin göstəricilərinə bərabərdir”, - deyə Cavad Ovci bildirib.
Qeyd edək ki, İran dünyanın ən böyük qaz yataqlarına malikdir və hasilatın böyük hissəsi daxili ehtiyacları ödəmək üçün istifadə olunur.
18 Avqust 2026