11:29 - 27.07.2022
27 iyul, Fineko/abc.az. Avqustun 1-dən Rusiyanın “İrAero” şirkəti Kazan-Bakı-Kazan marşrutu üzrə uçuşlara başlayacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Aviaşirkətin yaydığı məlumata görə, uçuşlar həftənin bazar ertəsi günündə "Superjet-100" markalı təyyarələri ilə həyata keçiriləcək. Bir tərəfli biletin qiyməti 19 090 rubldan (təxminən 540 manat) başlayır.
18 Avqust 2026