09:20 - 27.07.2022
27 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü keçirilən ticarətdə artmaqdadır.
London ICE Futures birjasında saat 09: 05-də Brent neftinin sentyabr fyuçersləri $0,09 (0,09%) - barrel başına $104,49-a qədər bahalaşıb. Ticarət nəticələrinə görə, iyulun 26 - da Brent neftinin sentyabr fyuçers qiyməti $0,75 (0,71%) - barrel başına $104,40-a düşüb.
Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində saat 09:05-də WTI neftinin sentyabr fyuçersləri $0,28 (0,29%) - barrel başına $95,26-ə yüksəldi. 26 iyul ticarətinin nəticələrinə görə, WTI neftinin sentyabr fyuçerslərinin dəyəri $1,72 (1,78%) - barrel başına $94,98-ə endi.
18 Avqust 2026