Ötən ay istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 107,5% olub

17:05 - 22.07.2022


22 iyul, Fineko/abc.az. Cari ilin iyununda may ayı ilə müqayisədə istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 107,5% təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, neft-qaz sənayesi üzrə qiymət indeksləri 2022-ci ilin iyun ayı ötən ilin iyun ayına nisbətən 265 %, bu ilin yanvar-iyun ayları 2021-ci ilin müvafiq dövrünə nisbətən 258,2 % olub.