10:54 - 21.07.2022
21 iyul, Fineko/abc.az. Rusiya bu gündən etibarən “Şimal axını-1” qaz kəməri ilə Almaniyaya qaz nəqlini bərpa edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə xəbəri “dpa” agentliyi yayıb.
Məlumata görə, aparılan texniki təmir işlərindən sonra kəmərin fəaliyyəti bərpa edilib.
Xatırladaq ki, Rusiya iyulun 11-də sözügedən qaz kəmərində təmir işlərinin aparılması məqsədilə Avropa İttifaqına (Aİ) qaz nəqlini dayandırmışdı. Avropa tərəfi Rusiyanın qaz nəqlini bərpa etməyəcəyindən ehtiyat edirdi.