16:57 - 20.07.2022
20 iyul, Fineko/abc.az. Gəncədə Ş. İ. Xətai prospekti ilə H. Əliyev prospektinin kəsişməsində yerləşən, Hacıyev Faiq Gülmalı oğluna məxsus “Ləzzət” unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib.
ABC.AZ Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, yoxlama zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, istehsalatda istifadə müddəti bitmiş bitki yağlarından istifadə olunduğu, satışı həyata keçirilən məhsulların üzərində istehsal və son istifadə tarixlərinin qeyd olunmadığı, həmçinin mal qonşuluğu prinsipinin pozulduğu müəyyən olunub.
Nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026