Son 6 ayda bu qədər əczaçılıq məhsulları idxal edilib

14:51 - 20.07.2022


20 iyul, Fineko/abc.az. 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana $330 milyon 814,52 min dəyərində əczaçılıq məhsulları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə 30,5%, yəni 15 min 449,39 ton artım qeydə alınıb.

Hesabat dövründə ölkəyə mal idxalının bütün həcmində əczaçılıq məhsullarının payı 5,2% təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Azərbaycana $528 milyon 566,59 min dəyərində (artım 40,1%) 22 min 335,95 ton (azalma 1,5%) əczaçılıq məhsulları idxal edilib.