Son 6 ayda bu qədər bərpa olunan enerji istehsal edilib  

16:59 - 14.07.2022


14 iyul, Fineko/abc.az.  Yanvar-iyun aylarında SES-lər də daxil olmaqla, digər bərpa olunan enerji mənbələrindən (KES,GES, BMTZ) 205,3 mln. kVt/st, yaxud 21,4 faiz artımla 1162,7 mln. kVt/st elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyindən ABC.AZ-a bildirilib ki, elektrik enerjisi istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə SES-lərdə 199,3 mln. kVt/st artaraq 970,6 mln. kVt/st, digər mənbələr üzrə isə 6,0 mln. kVt/st artaraq 192,1 mln. kVt/st olub. Külək elektrik stansiyalarında 46,8 mln. kVt/st, günəş elektrik stansiyalarında 30,7 mln. kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 114,6 mln. kVt/st elektrik enerjisi istehsal edilib.

6 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12152,4 mln. kVts (İES-lərdə 11252,8 mln. kVt/st, SES-lərdə 899,6 mln.kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 210,9 mln. kV/st (İES-lərdə 120,4 mln. kVt/st, SES-lərdə 62,2 mln. kVt/st, GES-də 28,3 mln. kVt/st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 32,7 mln. kVt/st, müstəqil elektrik stansiyaları üzrə 1124,5 mln. kVt/st təşkil edib.