16:33 - 13.07.2022
13 iyul, Fineko/abc.az. Rusiyanın avtomobil istehsalçısı "Avtovaz" şirkəti ayda 6000 Lada Niva avtomobili istehsalına başlamağı planlaşdırır.
ABC.AZ xəbər verur ki, bunu şirkətin rəhbəri Maksim Sokolov "Rossiya-24" telekanalının efirində bildirib.
O qeyd edib ki, şirkət hazırda ayda 6 minə yaxın sevimli "Lada Niva" avtomobil istehsal etməyi planlaşdırır. "Biz gələn ilin birinci yarısında isə məşhur "Lada Vesta" modelinin istehsalına başlayacağıq" deyə Sokolov qeyd edib.
Avtomobillərin qiymətləri ilə bağlı məsələyə münasibət bildirən Sokolov deyib ki, onlar stabilləşməyə nail olublar. Onun sözlərinə görə, Lada Niva modelinin başlanğıc qiyməti əvvəlki konfiqurasiyadan aşağı olacaq: "Lada Granta avtomobillərinə gəlincə, bu model üzrə orta qiymət endirimi təxminən 10% təşkil edir. Elə bu günlərdə istehsalına başlanılmış Lada Granta Cross modeli üçün isə endirim 13% təşkil edir”.