"Canoo"nun səhmləri 110% bahalaşdı

14:18 - 13.07.2022


13 iyul, Fineko/abc.az.  ABŞ-ın elektromobil istehsalçısı olan startapı "Canoo"nun səhmləri 110% və ya təqribən 2 dfə artaraq yüksələrək 5 dollara qalxıb.

ABC.AZ xəbər verir ki, sonradan qiymətlər bir qədər sabitləşib və hazırda 3,63 dollardır ki, bu da 50%-lik artım deməkdir.

NASDAQ birjasında «Canoo»nun səhmlərinin bahalaşmasının səbəbi onun ABŞ-ın riteyl nəhəngi olan «Walmart»la böyük müqavilə bağlamasıdır. Bu müqaviləyə əsasən «Canoo» ticarət şəbəkəsinə 4500 ədəd elektromobil satacaq. «Walmart» bu elektronmobilləri məhsulların çatdırılması üçün istifadə edəcək.