SOCAR qazpaylayıcı stansiyalarını bu quruma verir

15:34 - 8.07.2022


8 iyul, Fineko/abc.az. Ümumilikdə 398 qazpaylayıcı stansiya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin tabeçiliyindən çıxarılaraq “Azəriqaz”a verilir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu  “Azəriqaz” istehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı SOCAR rəhbərliyi tərəfindən qərar qəbul edilib.

O bildirib ki, sənədləşmə, təhvil-təslim və işçilərin yerləşdirilməsi prosesinə artıq start verilib. R. Əliyev qeyd edib ki, 1 700-dən çox əməkdaş Qaz İxrac İdarəsindən “Azəriqaz” İstehsalat Birliyinin balansına veriləcək.