16:55 - 23.06.2022
23 iyun, Fineko/abc.az. Rusiyanın qaz tədarükünü kəsməsi Avropa İttifaqının 12 ölkəsinə təsir edib.
ABC.AZ xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) iqlim siyasəti üzrə rəhbəri Frans Timmermans bildirib.
O qeyd edib ki, Rusiya enerjidən silah kimi istifadə edir və bu günlərdə qaz tədarükünün dayandırılması ilə bağlı əlavə bəyanatlar veriləcək.
“Bütün bunlar Rusiyanın bizim birliyimizi sarsıtmaq cəhdləridir”, - Timmermans Avropa Parlamentində deyib.
18 Avqust 2026
17 Avqust 2026