İlkin start qiyməti 3500 manat olan avtomobillər satışa çıxarıldı - Təfərrüat

16:47 - 21.06.2022


21 İyun, Fineko/abc.az. Bakı şəhəri üzrə 21 iyun 2022-ci il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki, hərracda dövlətə məxsus 11 nəqliyyat vasitəsi satılıb.

İlkin start qiyməti 3 500 manat olan “VAZ 21214” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 3 700 manata özəlləşdirilib.

Buraxılış tarixi 2013-cü il olan Ford Connect minik markalı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 5.500 manat olmasına baxmayaraq, avtomobilin son qiyməti 5.600 manata yüksəlib.