16:00 - 21.06.2022
21 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombdusman) AZAL-dan təyyarə icarəyə götürüb.
ABC.AZ Yeniavaz-a istinadən xəbər verir ki, bu barədə "Dövlət Satınalmalar Portalı"nda qeyd edilib.
Belə ki, İnsan Hüquqları üzrə Müvəkkil təyyarəni 23-31 may tarixləri arasında icarəyə götürüb və qarşılığında 28 min 900 manat ödəyib.
Portalda icarəyə götürülən təyyarənin hansı model olduğu bilinməsə də, təyyarənin Bakı-Füzuli-Bakı istiqamətində səfər etdiyi bildirilir. İnsan Hüquqları üzrə Müvəkkilin Aparatından bildirdilər ki, təyyarənin icarəyə götürülməsi keçirilən beynəlxalq tədbirlə bağlı olub və xarici ölkələrdən gələn qonaqların daşınması üçün istifadə olunub.