Üç şirkət barədə iş qaldırılıb - Qaydaları pozublar

15:10 - 21.06.2022


21 iyun, Fineko/abc.az. Mobil telefon cihazları bazarında araşdırmalar aparıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən ABC.AZ-a verilən məlumata görə, sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməyən “V-TELECOM” MMC, “İMPERİUS” MMC və “BUL ELECTRONİCS” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb. İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (//competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli) yerləşdiriləcək.