16:29 - 17.06.2022
17 iyun, Fineko/abc.az. Rusiyanın enerji şirkəti Qazprom tərəfindən verilən təbii qazın 15 iyun tarixindən etibarən Fransaya axını dayandırılıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropanın və Fransanın ən böyük təbii qaz paylayıcılarından biri olan GRTGAZ-ın açıqlama yayıb.
Qeyd edilib ki, Rusiyanın “Şimal axını” ilə təbii qaz nəqlini azaltmasının ardından Almaniyadan Fransaya fiziki qaz axını dayandırılıb, Fransanın bundan sonra Rusiya təbii qazından istifadə etməyəcəyi bildirilib.
Açıqlamada Fransanın qaz ehtiyatının 50 faizdən 56 faizə yüksəldiyi, fasiləyə baxmayaraq ölkədə enerji qıtlığının yaşanmayacağı qeyd edilib.