15:40 - 16.06.2022
16 iyun, Fineko/abc.az. 2022-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 14 milyard 228 milyon 443 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 8 milyard 58 milyon 720 min dollarlıq xam neft, 5 milyard 994 milyon 794 min dollarlıq təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, 2021-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 6 milyard 519 milyon 732 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 4 milyard 927 milyon 241 min dollarlıq xam neft, 1 milyard 335 milyon 749 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac məbləğ ifadəsilə 2,2 dəfə artıb.
Qeyd edək ki, neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac gəlirlərinin artmasının səbəbi dünya bazarlarında neft və təbii qazın kəskin bahalaşmasıdır.