Azərbaycanın pomidor ixracatçılarının qazancı 100 milyon dollara yaxınlaşır

12:05 - 16.06.2022


16 iyun, Fineko/abc.az. 2022-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 91 milyon 50 min dollar dəyərində 75 min 772 ton pomidor ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 86 milyon 999 min dollar dəyərində 76 min 38 ton pomidor ixrac edilmişdi.

Beləliklə, pomidor ixracı dəyər ifadəsilə 5%, miqdar ifadəsilə 0.3% azalıb.

2022-ci ilin may ayında Azərbaycandan 32 milyon 833 min dollar dəyərində 27 min 704 ton pomidor ixrac edilmişdi.