Xarici ticarət əməliyyatlarımızın həcmi 20 milyarddan artıq olub – Hesabat

10:56 - 16.06.2022


16 iyun, Fineko/abc.az. 2022-ci ilin ilk 5 ayında (yanvar-may dövründə) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 20 milyard 552 milyon 72 min ABŞ dolları təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 5 milyard 135 milyon 562 min ABŞ dolları, ixrac əməliyyatları üzrə15 milyard 416 milyon 510 min ABŞ dolları ticarət qeydə alınıb. İxrac idxalı üstələdiyindən saldo müsbət 10 milyard 280 milyon 948 min ABŞ dolları olub.

İxracın 14 milyard 228 milyon 443 min dolları Neft-qaz sektoruna daxil olan mallar üzrə olub.