AZAL-ın "əl yandıran" qiymətləri – Siyahı

10:09 - 14.06.2022


14 iyun, Fineko/abc.az. Son vaxtlar Azərbaycan Hava Yollarının (AZAL) uçuşlarla bağlı vətəndaşlara təqdim etdiyi qiymətlər ciddi narazılıq doğurur.

ABC.AZ Modern.az-a istinadən xəbər verir ki, sayt mövzunun aktuallığını nəzərə alaraq, AZAL-ın "əl yandıran" qiymətlərini araşdırıb. İyun ayının 15-i və ondan sonra ən yaxın tarixə olan aviareyslər üzrə ekonom klass yerlərin qiymətlərini təqdim edirik:

Bakı – Ankara – 298,27 AZN

Bakı – İstanbul – 429,55 AZN

Bakı – Aktau – 190,32 AZN

Bakı – Moskva – 692,24 AZN

Bakı – Tbilisi – 225,97 AZN

Bakı – London – 483,78 AZN

Bakı – Berlin – 459,08 AZN

Bakı – Milan – 482,58 AZN

Bakı – Praqa – 515,23 AZN

Bakı – Minsk – 710,31 AZN

Bakı – Dubay – 344,11 AZN

Bakı – Daşkənd – 341,71 AZN

Qeyd edək ki, qiymətlər bir istiqamət üzrə nəzərdə tutulub.