Ukrayna ərzaq ixracı ilə bağlı Baltikyanı ölkələrlə danışıqlar aparır

11:08 - 13.06.2022


13 iyun, Fineko/abc.az. Taxıl ixracı və qlobal ərzaq böhranının qarşısını almaq üçün Kiyev Polşa və Rumıniyadan keçən iki marşrut hazırlayıb.

ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik deyib.

O qeyd edib ki, qlobal ərzaq təhlükəsizliyi təhdid altındadır, çünki Rusiya-Ukraynaya müharibəsi Qara dənizdən taxıl ixracını dayandırıb, geniş qıtlığa və qiymətlərin artmasına gətirib çıxarıb: "Ukrayna ərzaq ixracı ilə bağlı üçüncü dəhlizin yaradılması üçün Baltikyanı ölkələrlə danışıqlar aparır. Bu marşrutlar mükəmməl deyil, lakin biz onları inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Ukrayna ərazisində 30 milyon tona yaxın taxıl saxlanılır və ixraca ehtiyac var".