May ayında bu qeyri-ərzaq məhsulları bahalaşıb - Siyahı

12:32 - 10.06.2022


10 iyun, Fineko/abc.az. 2022-ci ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 %, əvvəlki ilin may ayına nisbətən 107,1 % təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a veriləm məlumata görə, cari ilin may ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma inşaat materiallarının, parçaların, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, toz şəklində sintetik yuyuсu vasitələrin, sabunların və diş pastalarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.