12:24 - 10.06.2022
10 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi ötən ilin yanvar-may aylarına nisbətən 112,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,9 %, qeyri-ərzaq məhsulları üzrə 106,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 % təşkil edib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a veriləm məlumata görə, cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 %, əvvəlki ilin may ayına nisbətən 113,7 % təşkil etdib.
2022-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 %, əvvəlki ilin may ayına nisbətən 120,2 % təşkil edib.
Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, vaflinin, peçenyenin, manna yarmasının, unun, toyuq ətinin, kolbasa məmulatlarının, balıq konservlərinin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, kərə və bitki yağlarının, almanın, armudun, limonun, çuğundurun, yerkökünün, kartofun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, çiyələyin, xiyarın, pomidorun, kələmin, soğanın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
13 Avqust 2026
13 Avqust 2026