09:35 - 9.06.2022
9 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə axşamı ticarətində artmaqdadır.
Saat 09:22-də London ICE Futures birjasında Brent neftinin avqust fyuçersləri $0,41 (0,33%) - barrel başına $123,99-a qədər bahalaşıb. 8 iyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçersi $3,01 (2,49%) - barrel başına $123,58-ə yüksəldi.
Saat 09:22-ə Nyu - York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin iyul fyuçersləri $0,25 (0,20%) - $122,36 barrelə qədər artıb. 8 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $2,70 (2,26%) - barrel başına $122,11-ə yüksəldi.