“Siren Trading” MMC-nin 2 330 kq müxtəlif növ qida məhsulları məhv edilib

11:52 - 8.06.2022


8 iyun, Fineko/abc.az. “Siren Trading” MMC-nin müraciəti əsasında xeyli yararsız məhsullar sıradan çıxarılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a verilən məlumata görə, adıçəkilən şirkətin istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 2 330 kq müxtəlif növ qida məhsulları (un və un məmulatları, dənli paxlalı bitkilər, süd məhsulları və s.) “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərləşdirilməsi poliqonunda məhv edilib.