09:56 - 7.06.2022
7 iyun, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı ticarətində artmaqdadır.
Londonun ICE Futures birjasında Brent neftinin avqust fyuçersləri saat 09:10-da $0,70 (0,59%) - barrel başına $120,21-ə qədər bahalaşıb. İyunun 6-da hərracların nəticələrinə görə, Brent neftinin avqust fyuçerslərinin qiyməti $0,21 (0,18%) - barrel başına $119,51-a düşüb.
Saat 09:10-da Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin iyul fyuçersi $0,72 (0,61%) artaraq barrel başına $119,22 təşkil edib. 6 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçersi $0,37 (0,31%) - barrel başına $118,50-ə qədər azalıb.