Fransa Rusiya əvəzinə neftin tədarükü ilə bağlı BƏƏ ilə danışıqlara başlayıb - Detallar

11:33 - 6.06.2022


6 iyun, Fineko/abc.az. Fransa BƏƏ ilə Rusiyadan xammal müqabilində ölkəyə neft tədarükü ilə bağlı danışıqlar aparır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Paris həm də dizel və qazın yeni mənbələrini axtarır.

“Birləşmiş Ərəb Əmirlikləri ən azı müvəqqəti olaraq Rusiya neftini və dizelini əvəz etmək üçün həll yolu ola bilər.

BƏƏ ilə müzakirələr artıq başlayıb. Fransa təmiz enerjiyə keçid üçün investisiyaları da artırmağı planlaşdırır.

Məsələn, ölkənin xarici enerji mənbələrindən müstəqilliyini artırmaq üçün dənizdə külək stansiyalarının yerləşdirilməsinin sürətləndirilməsini də planlaşdırırıq, - deyə Fransa hökumətindən bildirilib.