İlon Mask bir gündə 16,9 milyard dollar itirdi - Səbəb

10:08 - 6.06.2022


6 iyun, Fineko/abc.az. Elektrik avtomobilləri istehsal edən “Tesla” şirkətinin rəhbəri İlon Mask bir gündə böyük məbləğdə pul itirib.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, iş adamının pul itirməsinə səbəb sahibi olduğu şirkətin işçilərininin 10 fazini ixtisar etməsi ilə bağlı yayılan xəbərlər olub.

Belə ki, bu xəbər yayılan kimi şirkətin səhmləri aşağı düşüb.

Məlumatlardan sonra bir gündə şirkətin səhmlərinin 10 faizə qədər ucuzşlaşması İlon Maskın 16,9 milyard dollar itirməsinə gətirib çıxarıb.

Lakin bu, Maskın dünyanın ən zəngin insanlarının birinci sırasında qalmasına mane olmadı.

“Forbes” onun aktivlərini 216,8 milyard dəyərində qiymətləndirir.

Müəllif: Elmir Murad