Toyota 2026-cı ilin I yarısında dünya liderliyini qoruyub

12:28 - 31.07.2026


31 iyul, Fineko/abc.az. Yaponiyanın "Toyota Motor" avtomobil konserni 2026-cı ilin yanvar–iyun aylarında küçədə 5,39 milyon ədəd avtomobil sataraq ardıcıl 7-ci dəfə "dünyanın ən çox avtomobil satan şirkəti" titulunu saxlayıb.

Şirkətin hesabatına əsasən, qlobal satışlar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8% azalsa da, "Toyota" öz əsas rəqibi "Volkswagen AG" qrupunu geridə qoymağı bacarıb. "Volkswagen"in satışları eyni dövrdə 8,4% azalarak 4,13 milyon ədəd təşkil edib.

Əsas məqamlar:

•      Daxili və xarici bazarlar: Şirkətin Yaponiya daxilindəki satışları 4,4% artaraq 1,1 milyon ədədə çatıb. Xarici bazarlarda isə satışlar 4,5% azalaraq 4,3 milyon ədəd olub.

•      Regionlar üzrə dinamika: "Toyota"nın satışları ABŞ-da 0,9% artsa da, Çində 17,1%, Yaxın Şərq regionunda isə 21,6% geriləyib.