"Apple"ın rüblük gəliri $109,4 milyarda, mənfəəti $29,8 milyarda çatıb

14:29 - 31.07.2026


31 iyul, Fineko/abc.az. ABŞ-nin texnologiya giqantı "Apple" 2026-cı maliyyə ilinin üçüncü rübünə (27 iyun tarixində başa çatan 3 aylıq dövr) dair maliyyə hesabatını açıqlayıb. Şirkətin gəlir və mənfəət göstəriciləri bazar gözləntilərini geridə qoyub.

Hesabata əsasən, şirkətin rüblük gəliri illik müqayisədə 16,4% artaraq 109,4 milyard dollara yüksəlib (ötən ilin eyni dövründə 94 milyard dollar). Analitiklər gəlirin 108,9 milyard dollar olacağını proqnozlaşdırırdılar.

Şirkətin xalis mənfəəti isə illik bazda 27,1% artaraq 29,8 milyard dollara çatıb (ötən il 23,4 milyard dollar). "Apple"ın səhm üzrə mənfəəti (EPS) mütəxəssislərin 1,89 dollar gözləntisinə qarşı 2,02 dollar təşkil edib.

Məhsul satışları üzrə göstəricilər:

•      iPhone: Satış gəlirləri illik 21,7% artaraq 54,3 milyard dollara çatıb.

•      Mac: Satışlar 28,7% yüksələrək 10,4 milyard dollar olub.

•      iPad: Satış gəlirləri 5,9% geriləyərək 6,2 milyard dollara düşüb.