12:15 - 31.07.2026
31 iyul, Fineko/abc.az. Sony Group 2026 maliyyə ilinin 30 iyunda başa çatan birinci rübü üzrə güclü maliyyə nəticələri açıqlayıb və analitiklərin proqnozlarını üstələyib. Əməliyyat mənfəəti 40,2% artaraq ¥476,5 milyarda ($2,96 milyard), gəlirlər 8,24% artaraq ¥2,84 trln-a çatıb, xalis mənfəət isə 33,2% artımla ¥350,01 mlrd olub.
Mənfəətin artım tempi gəlirləri qabaqlayıb ki, bu da əməliyyat səmərəliliyinin yüksəldiyini göstərir. Güclü nəticələr rəqəmsal əyləncə, oyun xidmətləri, elektronika, kontent istehsalı və maliyyə xidmətləri kimi əsas istiqamətlərin inkişafı, həmçinin rentabelliyin artırılmasına yönəlmiş effektiv strategiya hesabına təmin olunub.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026