“Adidas” Çempionat xərclərinə görə mənfəət proqnozlarını doğrultmayıb

14:45 - 30.07.2026


30 iyul, Fineko/abc.az. “Adidas” gözləniləndən zəif rüblük mənfəət açıqlayıb: şirkətin əməliyyat mənfəəti analitiklərin 616 mln avroluq proqnozuna qarşı 574 mln avro təşkil edib. Nəticəyə dünya çempionatı ilə bağlı 212 mln avro həcmində əlavə marketinq xərcləri təsir edib.

Bununla belə, futbol geyimləri və avadanlıqlarına yüksək tələbat fonunda şirkət illik satış artımı proqnozunu 9–10%-ə yüksəldib və əməliyyat mənfəətinin 2,3 mlrd avroya çatacağı gözləntisini təsdiqləyib.