10:04 - 3.06.2022
3 iyun, Fineko/abc.az. “Coca-Cola” məhsullarının Azərbaycandakı istehsalçısı “Koka-Kola Bottlers LTD” MMC barəsində məhkəmə iddiası qaldırılıb.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat yerli mətbuatda qeyd edilib. Belə ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.
“Azərbaycan Koka-Kola Bottlers LTD” MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən tərtib olunan cərimə protokolu baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.
Qanunu pozma faktı məhkəmə qaydasında təsdiqini taparsa, şirkəti cərimə cəzası gözləyir.
13 Avqust 2026
13 Avqust 2026