Ukraynanın bu şəhərində rublla alış-verişə keçildi

15:59 - 31.05.2022


31 may, Fineko/abc.az. Ukraynanın Xerson vilayətində rubl tam dövriyyəyə buraxılıb.

ABC.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat vilayətdən bildirilib.

Belə ki, sözügedən vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlamasında mayın 30-dan etibarən vilayət ərazisində bütün mağazalarda rubl və qrivna ilə alış-veriş etmək tələb olunduğunu qeyd edib. 

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyat zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib. Vilayət mayın 28-i Moskva vaxtına keçib.