Yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2% artıb

12:32 - 31.05.2022


31 may, Fineko/abc.az. 2022-ci ilin aprel ayı üzrə ixrac 3,8 mlrd ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə “İxrac İcmalı”nın may sayı qeyd olunub.

Sözügedən icmalda qeyd edilib ki, qeyri-neft sektoru üzrə ixracda artım 22% təşkil etməklə 238,3 mln. ABŞ dolları olub.

2022-ci ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2% artaraq 51,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 27,2% artaraq 186,9 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (78,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

Bu siyahıda Rusiya Federasiyası ikinci (42,3 milyon ABŞ dolları) və İsveçrə üçüncü (17,7 milyon ABŞ dolları) olub. 2022-ci ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (30,3 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (19,4 milyon ABŞ dolları) ikinci və qızıl (16,9 milyon ABŞ dolları) üçüncü olub.