16:18 - 16.05.2022
16 may, Fineko/abc.az. Son zamanlar Azərbaycanda yuyucu tozların qiyməti kəskin bahalaşıb.
Belə ki, ötən aya qədər hələ bahalaşma ilə 5 kiloqramlıq tozların qiyməti 21-23 manat arası dəyişirdisə, indi 27, az qala 30 manata qalxıb.
ABC.AZ Oxu.az-a istinadən xəbər verir ki, eynilə 1,5 və 3 kq-lıq tozların da qiyməti xeyli artıb.
Satıcıların məlumatına görə, yeni qiymətlər bu gün daxil edilib. Ötən həftəyə qədər tozlar aksiyada, endirimdə idi deyə alıcılar ucuz qiymət görürdü.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026